Login Form
Direktordan Mesaj
Əziz Ziyarətçi,
“FINCA Azerbaijan” vebsaytına xoş gəlmişsiniz! Bizim saytımızı ziyarət etdiyinizə görə şadıq və maliyyə ehtiyacınız və tələblərinizi qarşılayacaq ən yaxşı məhsul və xidmətlərimizi sizə təqdim etmək istərdik.
FINCA 13 ildir ki, Azərbaycanda fəaliyyət göstərir, ölkə ərazisində 29 filial və 34 bazar ofisinə sahibdir və birbaşa 900 nəfər ətrafında vətəndaşı, dolayı yolla isə öz bizneslərini inkişaf etdirmək üçün bizdən biznes kreditləri götürən 120,000 nəfərdən çox müştərimiz vasitəsilə 100,000-lərlə insanı işlə təmin edir. Biz öz uğurlarımızı əsas tərəfdaşlarımıza – müştərilərimizə borcluyuq. Sizlərin və sizin biznesinizin sayəsində FINCA hazırki yerinə qədər irəliləməyə və inkişaf etməyə nail olmuşdur. Biz müştərilərimizlə irəliləyirik və bu bizi qürurlandırır. Sentyabr ayının sonuna olan göstəricilərə görə ümumi kredit portfeli 117 milion USD-dən, tədiyyə balansı həcmi isə 114 milion USD-dən çoxdur. Bu göstəricilərə görə FINCA Azerbaijan təkcə ən böyük Mikro Maliyyə Təşkilatı deyil, həmçinin ölkənin ən böyük bankları arasında yer alır.
Əziz Müştəri,
“FINCA Azerbaijan”da sizə uyğun məhsullarla ən yaxşı xidməti təklif etmək bizim arzumuzdur. Bizim sizlərə qarşı öhdəliyimiz etdiyimiz hər şeydə şəffaf və tam olmaqdır. Biz sizlərdən - Azərbaycanın kənd və şəhər sakinlərindən cavabdehik; mikro və kiçik bizneslərdir bizim məsuliyyətimiz; ənənəvi maliyyə fondlarını əldə edə bilməyən və bəzən də iqtisadi zonalardan uzaq düşmüş ərazi və icmalarda banklar tərəfindən xidmət göstərilməyən insanlardır bizim qarşısında mükəlləfiyyət daşıdığımız... Biz uyğun əsasla məhsullarımızın qaneedici qiymətlərini saxlamaq üçün xərclərimizi azaltmağa və sizlərə çevik, şəffaf və dostcasına xidmət göstərmək üçün səy göstəririk.
Biz Təşkilatın Məsul əməkdaşları kimi yaşadığımız və işlədiyimiz cəmiyyətimizə qarşı cavabdehliklərimizi tam şəkildə başa düşürük və bu səbəbdən biz qanunlarla fəaliyyət göstəririk, biz heç bir illeqal və ya amoral layihələri dəstəkləmirik və biz həmişə ədalətli vəzifə bölgümüzün tərəfini saxlamışıq. Biz sosial inkişafı, daha yaxşı səhiyyə və daha yaxşı təhsili dəstəkləyirik; biz istifadə etmə imtiyazımız olan yoxsulluğun məhdud birja sifarişlərini, ətraf mühitin və təbii ehtiyatların özümüzünki kimi qorunmasını davam etdiririk. Yanlız biz bu prinsiplərlə işlədikdə və yaşadıqda müştərilərimizin təminatı olacaq, əməkdaşlarımızın yüksək hörməti olacaq və fəxr edəcəklər və səhmdarlarımız bizim insanların həyatında yaratdığımız sonda Azərbaycanın inkişafına aparacaq dəyişiklikləri görəcəklər.
Maniş Sane
Ölkə Direktoru


