Login Form
İdarə Heyəti
MANİŞ SANE
Baş İcraçı Menecer / Ölkə Direktoru
Təqribən 900 nəfərlik heyətə sahib, 117 milion USD-dən çox portfellə – cəmi aktivlər 114 milion USD-dən çoxdur - 120,000 nəfərdən çox müştərisi olan və ölkə ərazisində 60-dan çox məntəqəsi yerləşən “FINCA Azerbaijan”ın gündəlik fəaliyyətinin idarə edilməsindən məsuldur.
“FINCA Azerbaijan”a 2006-cı ilin noyabr ayında Baş Maliyyə Meneceri kimi qoşulmuş və 2010-cu ilin iyul ayından etibarən Baş İcraçı Direktor (Ölkə Direktoru) səlahiyyətlərini icra etməyə başlamışdır.
FINCA-ya qoşulmazdan əvvəl o, Hindistan, Qazaxıstan, Əlcəzair və Azərbaycanda müxtəlif özəl şirkətlərdə 13 il maliyyə menecmentliyində işləmişdir.
Maniş Sane Hindistanın Pune universitetinin məzunu və həmçinin Hindistanda Mühasib-Ekspert və Mühasibat Menecmenti təşkilarlarının üzvüdür. O, bu yaxınlarda Amerikan Bankçılar Assosiyasiyası tərəfindən təşkil olunan "Stonier Graduate School of Banking" proqramını bitirmişdir.
Maniş Sane "FINCA Russia"nın İdarə Heyətində və "FINCA Kyrgyzstan"ın Audit Komitəsində təmsil olunur. Hər iki təşkilat FINCA-nın 21 ölkədəki şəbəkəsinə daxildir.
Evlidir və bir qızı var.
VADİM KARMALİTA
Baş Əməliyyat Meneceri
Kredit verilməsi əməliyyatlarından və filial şəbəkəsindən məsuldur.
“FINCA Azerbaijan”a 2009-cı ilin avqust ayında Regional Əməliyyat Meneceri kimi qoşulmuş və 2010-cu ilin aprel ayından etibarən Baş Əməliyyat Meneceri səlahiyyətlərini icra etməyə başlamışdır.
FINCA-ya qoşulmazdan əvvəl o, Ukraniyada Alfa-Bank, Nadra Bank və PrivatBank kimi müxtəlif banklarda 7 il işləmişdir.
Vadim Karmalita Ukraniyanın Podilya bölgəsinin Texniki universitetinin məzunudur. İxtisası Audit və Mühasibatdır.
Evlidir və bir qızı var.
MARKO DE NATALE
Baş Maliyyə Meneceri
Bütün növ maliyyə əməliyyatlarından məsuldur.
“FINCA Azerbaijan”a 2012-ci ilin yanvar ayında Baş Maliyyə Meneceri kimi qoşulmuşdur.
FINCA-ya qoşulmazdan əvvəl o, 10 ildən artıq müddətdə Londonda müxtəlif investisiya banklarında (Merrill Lynch, Credit Suisse First Boston və Barclays Capital) və Cenevrədə BlueOrchard Finance-da Regional Əməliyyat Meneceri kimi işləmişdir.
Marko de Natale İtaliyanın Milan şəhərində yerləşən Commerciale “L.Bocconi” universitetindən Maliyyə və İqtisadiyyat ixtisası üzrə məzun olmuşdur. O, həmçinin, ABŞ-ın Stanford universitetində Sistem və Əməliyyat Tədqiqatları üzrə Mühəndis-İqtisadiyyatında magistr dərəcəsi almışdır.
O, italiyan, fransız, ingilis, ispan və polyak dillərində danışa bilir.


