Login Form
İdarəetmə Qrupu
YAŞAR NƏCƏFOV
Regional Əməliyyat Meneceri
“FINCA Azerbaijan”a 2002-ci ildə Kredit İşçisi kimi qoşulmuşdur. 2006-cı ildə Filial Meneceri kimi işləməyə başlamış və 2008-ci ildə Gürcüstanın Tbilisi regionuna Regional Əməliyyat Meneceri təyin edilmişdir. 2010-cu ildən bugünə kimi isə Azərbaycanın Abşeron regionunun Regional Əməliyyat Meneceri kimi işləyir.
FINCA-ya qoşulmazdan əvvəl o, özəl xəstəxanada mühasib kimi işləmiş və şəxsi biznesi ilə məşğul olmuşdur.
Yaşar Nəcəfov Azərbaycan Dövlət İqtisad universitetinin məzunudur. İxtisası Beynəlxalq İqtisadi Münasibətlər və Menecmentdir.
Evlidir və bir qızı var.
LÜTVƏLİ ZEYNALLI
Regional Əməliyyat Meneceri
Cənub regionunda kredit verilməsi əməliyyatlarından və filial şəbəkəsindən məsuldur. O, həmçinin Cənub regionu filiallarının əməliyyatları arasında əlaqəni təmin edir.
“FINCA Azerbaijan”a 2001-ci ilin mart ayında Kredit İşçisi kimi qoşulmuşdur. 2003-cü ilin avqust ayında Supervayzer kimi işləməyə başlamış və 2004-ci ilin dekabr ayında İmişli filialına menecer təyin edilmişdir. 2008-ci ilin dekabr ayından bugünə kimi isə Regional Əməliyyat Meneceri kimi işləyir.
FINCA-ya qoşulmazdan əvvəl o, Azərbaycanda Komsomol kolxozu (mühəndis), M.Hüseynzadə adına İmişli Kolxoz-İnşaat Briqadası (briqadir, hüquqşünas), İmişli rayon Avtonəqliyyat müəssisəsi (Bölmə rəisi), İmişli Pambıqtəmizləmə zavodu (Növbə rəisi) kimi yerlərdə 16 il işləmişdir.
Lütvəli Zeynallı Azərbaycan Texniki universitetinin məzunudur. İxtisası avtomexanikadır.
Evlidir, bir qızı və iki oğlu var.
NƏZAKƏT ASLANOVA
Regional Əməliyyat Meneceri
Qərb regionunda kredit verilməsi əməliyyatlarından və filial şəbəkəsindən məsuldur. O, həmçinin Qərb regionu filiallarının əməliyyatları arasında əlaqəni təmin edir.
“FINCA Azerbaijan”a 2002-ci ilin may ayında Maliyyə Xidmətləri İşçisi kimi qoşulmuşdur. 2003-cü ilin sentyabr ayında Cənub regionuna Regional Əməliyyat Meneceri kimi işləməyə başlamış və 2009-cu ilin oktyabr ayında Qərb regionuna Regional Əməliyyat Meneceri təyin edilmişdir.
FINCA-ya qoşulmazdan əvvəl o, Beynəlxalq Miqrasiya Təşkilatında Proqram Köməkçisi və Treyninq və MIS işçisi kimi 4 il işləmişdir.
Nəzakət Aslanova Naxçıvan Dövlət universitetinin məzunudur. İxtisası botanikadır. O, həmçinin, Böyük Britaniyada Varvik Biznes Məktəbində MBA proqramı üzrə təhsil almışdır.
Evlidir, bir qızı və iki oğlu var.
ELÇİN MƏMMƏDOV
Regional Əməliyyat Meneceri
Mərkəz regionunda kredit verilməsi əməliyyatlarından və filial şəbəkəsindən məsuldur. O həmçinin Mərkəz regionu filiallarının əməliyyatları arasında əlaqəni təmin edir.
“FINCA Azerbaijan”a 2003-cü ildə Kredit İşçisi kimi qoşulmuşdur. 2006-cı ildə Filial Meneceri kimi işləməyə başlamış və 2010-cu ilin aprel ayından Regional Əməliyyat Meneceri səlahiyyətlərini icra edir.
FINCA-ya qoşulmazdan əvvəl o, Azərbaycanda Elmi-Tədqiqat İnstitutu (texnik-mexanik, elmi işçi, Bölmə rəisi), “Aqromexanik” Elmi-İstehsal Mərkəzi (Baş Menecer) kimi yerlərdə 14 il işləmişdir.
Elçin Məmmədov Azərbaycan Texnologiya Universitetinin məzunudur. O, həmçinin, Aqromexanik ETİ-də aspirantura təhsili almışdır. İxtisası mühəndis-mexanikdir.
Subaydır.
VƏSMİCAHAN HƏSƏNOVA
İR Departmenti Meneceri
İnsan Resursları Departamentinin və işəgötürmə və seçim, treyninq və inkişaf, performans menecmenti, konfliktlərin həlli və mükafatlandırma kimi məsələləri əhatə edən bütün insan resursları sisteminin və prosedurlarının idarə edilməsindən məsuldur
“FINCA Azerbaijan”a 2010-cu ilin sentyabrında İR meneceri kimi qoşulmuşdur.
FINCA-ya qoşulmazdan əvvəl o, 3 il həm Avstraliya, həm Azərbaycanda “Confiance Australia Pty Ltd”də Azərbaycan Filial Meneceri və Baş İR Məsləhətçisi kimi və 3 ildən çox CredAgro Qeyri-Bank Kredit Təşkilatında İR Meneceri kimi işləmişdir.
Vəsmicahan Həsənova Azərbaycan Dillər universitetinin məzunudur. Əsas təhsili İngilis və Fransız dilləridir. O, həmçinin, Cənubi Koreanın Handonq Global universitetində Stratejik İnsan Resursları üzrə MBA dərəcəsi almışdır.
Subaydır.
ELÇİN ƏLİMƏRDANOV
Daxili Nəzarət Departmenti Meneceri
Daxili nəzarət sisteminin təşkil və idarə edilməsində, risklərin müəyyənləşdirilməsi və analizində İdarə Heyətinə kömək etməkdən məsuldur.
“FINCA Azerbaijan”a 2008-ci ilin sentyabrında qoşulmuşdur.
FINCA-ya qoşulmazdan əvvəl o, maliyyə xidmətləri göstərən müxtəlif beynəlxalq təşkilatlarda 5 il işləmişdir.
İkinci təhsilini Azərbaycan Dövlət İqtisad universitetdə almışdır. İxtisası Maliyyə və Kreditdir.
Evlidir və iki uşağı var.
ZAUR NURMƏMMƏDOV
Marketinq Departmenti Meneceri
Marketinq Departamentinin idarə edilməsi, “FINCA Azerbaijan”ın strategiyasının planlaşdırılması və həyata keçirilməsi, bazar məlumatlarının toplanması və FINCA-nın imicinin yüksəldilməsindən məsuldur.
“FINCA Azerbaijan”a 2005-ci ilin oktyabrında Xüsusi Layihə üzrə Koordinatoru kimi qoşulmuşdur. 2009-cu ilin dekabrında İnzibati Departament Meneceri kimi işləməyə başlamış və 2010-cu ilin sentyabr ayında Marketing Departamenti Meneceri təyin edilmişdir.
FINCA-ya qoşulmazdan əvvəl o, “Care İnternational” və Beynəlxalq Xilasetmə Cəmiyyəti kimi beynəlxalq humanitar təşkilatlarda İnformasiya Sistemlərinin İdarə olunması üzrə işçi, İcma səfərbərçisi, Monitorinq və Qiymətləndirmə üzrə işçi kimi müxtəlif vəzifələrdə işləmişdir.
Zaur Nurməmmədov Türkiyənin İzmir şəhərindəki Ege universitetinin məzunudur. İxtisası İnformasiya Texnologiyalarıdır.
Evlidir və iki oğlu var.
NAZİLƏ QURBANOVA
İnzibati Department Meneceri
İnzibati Departamentin idarə edilməsindən məsuldur.
“FINCA Azerbaijan”a 2001-ci ilin dekabrında Əməliyyat Meneceri kimi qoşulmuşdur və 2010-cu ilin sentyabr ayında İnzibati Departament Meneceri təyin edilmişdir.
FINCA-ya qoşulmazdan əvvəl o, rus məktəbi, Naxçıvan Dövlət universiteti, Naxçıvan Özəl universiteti, ADRA (tərcüməçi, Layihə Supervayzeri, Kredit Proqramlarının Baş Koordinatoru) kimi müxtəlif yerlərdə işləmişdir.
RƏŞAD QULİYEV
Hüquq Departmenti Meneceri
Təşkilatın fəaliyyətində hüquqa riayət olunmasına və hüquq işinin təşkilinə məsuldur.
“FINCA Azerbaijan”a 2010-cu ilin dekabrında qoşulmuşdur.
FINCA-ya qoşulmazdan əvvəl o, Azərbaycanın tanınmış şirkətlərində hüquq sahəsində təcrübə toplamışdır (2003-2008) və 2008-2010-cu illərdə isə Azərbaycan Sənaye Bankında Hüquq Departamentinə başçılıq etmişdir.
Rəşad Quliyev 2001-ci ildə Bakı Dövlət universitetinin hüquq fakültəsini bitirmişdir, daha sonra isə eyni universitetdə Konstitusiya hüququ sahəsində magistr dərəcəsi almışdır. Sonralar o, Fulbright proqramı ilə Virciniya Universitetinin Hüquq fakültəsində təhsil almış və biznes hüququ üzrə Magistr (LLM) dərəcəsi ədə etmişdir.
Subaydır.
ELŞƏN QURBANOV
Maliyyə və Mühasibat Meneceri
Gündəlik mühasibat işlərindən və hesabatlardan məsuldur.
“FINCA Azerbaijan”a 2008-ci ilin yanvar ayında qoşulmuşdur. Bundan daha əvvəl – 2004-cü ildə - o, FINCA-da Maliyyə meneceri səlahiyyətlərini icra etmişdir.
FINCA-ya qoşulmazdan əvvəl o, “International Medical Corps” və “EngenderHealth” kimi QHT-lərdə Maliyyə və İnzibati İşlər üzrə menecer vəzifəsində işləmişdir. Onun 1,5 illik beynəlxalq iş təcrübəsi də vardır.
Elşən Qurbanov Azərbaycan Dövlət Neft Akademiyasının məzunudur. İxtisası neft istehsalı prosesi üçün komputer nəzarət sistemləri üzrədir.
NƏRGİZ HƏSƏNOVA
Maliyyə Nəzarətçisi
“FINCA Azerbaijan”a 2007-ci ilin dekabrında qoşulmuşdur.
FINCA-ya qoşulmazdan əvvəl o, USAID tərəfindən maliyyələşdirilən, Azərbaycanda kənd təsərrüfatı və maliyyə sektorlarının inkişafına yönəlik layihələr həyata keçirən müxtəlif Qeyri-Hökümət Təşkilatlarında 7 il işləmişdir.
Nərgiz Həsənova Bakı Dövlət Universitetinin məzunudur. İxtisası Türk dilidir. O, həmçinin, Xəzər universitetində Maliyyə sahəsi üzrə magistr təhsili almışdır.
XANIM BABAYEVA
Daxili Audit Departmenti Meneceri
Xanım Babayeva Azərbaycan Dövlət İqtisad universitetinin məzunudur. İxtisası Maliyyə və Kreditdir. O, həmçinin, Azərbaycan Dövlət Neft Akademiyasında MBA proqramı üzrə təhsil almışdır.


