Müşahidə Şurası

PDF faylını alÇapE-poçt

CEF FLAUERS

FINCA International” üzrə Vitse Prezident və Avrasiya Regional Direktoru

Cef Flauers “FINCA Azerbaijan”ın əvvəlki ölkə direktorudur. O, yeni proqramların inkişafı və dizaynında böyük təcrübəyə sahibdir. O, fevral 1999-cu ildən sentyabr 2001-ci ilə kimi USAID tərəfindən əsası qoyulmuş, ticarət, xidmət, istehsal və kənd təsərrüfatı ilə məşğul olan azərbaycanlı sahibkarlara xidmət göstərən mikro-maliyyə proqramı olan ADRA Azərbaycan Naxçıvan Sahibkarlığın İnkişafı Proqramına rəhbərlik etmişdir. 1995-ci ildən 1999-cu ilə kimi o, Mozambik, Kamboca, Qana və Peruda mikro-maliyyənin başlanğıcını və inkişafını dizayn edən “ADRA International”da Planlama üzrə Direktor Köməkçisi işləmişdir. O, həmçinin, Gürcüstan və Kosovoda iqtisadi inkişaf proqramlarının inkişaf etdirilməsində müstəqil məsləhətçi kimi işləmişdir. O, London İqtisadiyyat Məktəbində (London School of Economics) Beynəlxalq Münasibətlər üzrə magistr, Biznesin Təşkili və İdarə Olunması üzrə bakalavr təhsili almışdır.

STİV MAKQVAYER

FINCA International” üzrə Vitse Prezident və Baş Maliyyə Meneceri

Stiv MakQvayer son olaraq ABN AMRO BANK N.V.-də Mərkəzi Bankların Qlobal Rəhbəri kimi işləyirdi. ABN AMRO-dakı vəzifəsinə qədər o, 2 onilliyinin daha yaxşı hissələrini Birləşmiş Krallıqda “Credit Lyonnais” və Ekvador, Venezualla, London və Danimarkada ”Citibank” üçün işləyib. Onun karyerası daha çox ixtisaslaşdırılmış bankçılıq məhsullarına, bankçılıq vasitələrinin və diviziyalarının maliyyə nəzarətinə və bankçılıq və normativ tələblərə riayətə fokuslanmışdır. O, müxtəlif rollarda həm İƏİT, həm də inkişaf etməkdə olan ölkələrdə tənzimləyicilərlə vasitəçilik etmişdir. O, Con Hopkins Universitetində “The School of Advanced International Studies”dan Beynəlxalq Tədqiqatlar üzrə magistr dərəcəsi və Çarlztonda “The Citadel”dən Siyasi Elmlər üzrə bakalavr dərəcəsi üzrə təhsil almışdır. Stiv MakQvayer ingilis və ispan dillərində sərbəst danışa, portugal dilində isə şifahi ünsiyyət qura bilir.


DONALD KREYN

“FINCA International” üzrə Vitse Prezident və Baş Müşavir

Donald Kreyn korporativ, maliyyə və beynəlxalq hüquqda 30 illik təcrübəyə sahibdir və böyüyən təşkilatlara məsləhət göstərilməsində FINCA peşəkarlığına gətirib çıxarır. O, əsas ictimai korporasiyalara baş məsləhətçi kimi xidmət göstərmiş və Bolqarıstanın Sofiya şəhərində U.S. AID kapital bazarının inkişafı proqramında Qrup Rəhbəri kimi xidmət göstərməklə inkişaf sahəsinə daxil olmuşdur. O, Corcia universitetində bakalavr və hüquq dərəcələri, Emori universitetində vergi hüququ üzrə təhsil almışdır.


MAHMUD SƏİDAKMATOV

“FINCA Kyrgyzstan” üzrə Ölkə Direktoru

Mahmud Səidakmatov dekabr 2006-cı ildə FINCA-ya qoşulmuşdur. Bu vaxta qədər o, “FMCC Kyrgyzstan”ın Baş Əməliyyat Meneceri və “FINCA Azerbaijan”ın Ölkə Direktoru vəzifələrində işləmişdir.

FINCA-ya qoşulmazdan əvvəl Mahmud Səidakmatov inkişaf edən və dəyişən ölkələrdə mikro və kiçik bizneslərin maliyyələşdirilməsi layihələrində ixtisaslaşmış alman məsləhət və menecment şirkəti “LFS Financial Systems GmbH”da 4 ildən çox işləmişdir.  O, bank müşaviri kimi Özbəkistan və Tacikistanda müxtəlif kommersiya bankları üçün mikro kreditləşmə imkanları və təcrübələrində fokuslanmış layihələri idarə etmişdir. 2003-cü ildə Mahmud Səidakmatov Azərbaycanda Access Bank-da (rəsmi olaraq Azərbaycan Mikromaliyyə Bankı) mikro və kiçik kreditləşmə prosesinin inkişaf etdirilməsi üçün LFS qrup assistenti kimi işləmişdir. O, öz peşəkar bank karyerasına 1998-ci ildə Özbəkistan Milli Bankında başlamışdır, hansı ki, o orada 3 il Baş İnvestisiya İşçisi kimi işləmişdir. Mahmud Səidakmatov Özbəkistan Milli Universitetindən iqtisadiyyat üzrə diplom almış və Birləşmiş Krallıqda Mançestr universitetində İqtisadi və Sosial Tədqiqatlar üzrə magistr dərəcəsi almışdır. O, həmçinin, ABŞ-da Pensilvaniya Universitetində Amerikan Bankçılar Assosiasiyası tərəfindən təşkil olunan “Stonier Graduate School of Banking Administered” proqramı üzrə peşakarlıq sertifikatı əldə etmişdir.

web development by Pdesigner