Bizim Haqqımızda Nə Deyilir

PDF faylını alÇapE-poçt

“Mən FINCA-dan kredit alarkən heç bir çətinliklə qarşılaşmadım. Bütün işçilər mənə qayğı ilə yanaşırdılar, bu hal isə məni çox məmnun edirdi. Xüsusilə sadəcə 3 gün ərzində heç bir çətinliklə qarşılaşmadan kredit əldə etməyim FINCA haqqında yüksək təəssüratlarımın formalaşmasına səbəb oldu. Mən inanıram ki, istədiyim vaxt “FINCA Azerbaijan”dan ehtiyac duyduğum krediti əldə edə bilərəm və belə hallarda müraciət edəcəyim ilk təşkilat da FINCA-dır”.

Elnur Mustafayev

(yaşadığı yer: Bakı, Nizami rayonu, biznes: dönərçilik, kredit məhsulu: FEX)



“İşçilərin mənə qarşı hörmətlə yanaşması, kreditlərin sərfəli olması və vaxtında verilməsi məndə FINCA-ya qarşı gözəl hisslər yaradıb. Mənə görə FINCA şəffaf və çevik xidmət göstərməklə sahibkarlıqla məşğul olan şəxslərin əlindən tutaraq onlara hər zaman kömək edir. FINCA ilə əməkdaşlıq həqiqətən də mənim üçün çox xoşdur. Mən maliyyə dəstəyinə ehtiyacım olan kimi FINCA-ya üz tutacağımı və onların məni əliboş geri göndərməyəcəyini bilirəm. Kredit götürərkən mənə heç bir çətinlik yaratmadıqlarına, əksinə mənə hər cür dəstək göstərdiklərinə görə bütün FINCA əməkdaşlarına təşəkkürümü bildirirəm”.

Ağasəf Cəfərov

(yaşadığı yer: Şirvan şəhəri, biznes: meyvə-tərəvəz satışı, kredit məhsulu: HKQ)




“Mən uzun illərdir ki, FINCA ilə işləyirəm və FINCA-dan aldığım kreditlərlə işlərimi xeyli genişlədə bilmişəm. Bu müddət ərzində xüsusilə işçilərin mənə qarşı davranışlarındakı diqqətlilik məni çox məmnun edib. Kredit götürərkən asanlıq yaradılması və sərfəli əməkdaşlıq FINCA haqqındakı düşüncələrimi hər zaman yaxşıya doğru aparmışdır. Bütün bunlar mənim ilk seçimimin hər zaman FINCA olmasına səbəb olmuşdur. Mən FINCA ilə əməkdaşlığımızın bundan sonra da davam edəcəyini arzulayıram və buna inanıram”.

Əli Nəcəfov

(yaşadığı yer: Sabirabad, Nəsimi kəndi, biznes: mal-qara ticarəti, kredit məhsulu: KKQ)

web development by Pdesigner