Cari vakansiyalar

İş Elanı
Dünyanın aparıcı mikromaliyyə təşkilatlarından biri olan FINCA International təşkilatının bir bölməsi olan FINCA Azerbaijan üçün Məlumat Bazası Administratoru (MBA), Məlumat Bazası Hesabatları üzrə Mütəxəssis (MBHM) MİS Işçisi axtarır. FINCA International Afrika, Avrasiya və Orta Asiyanın 21 ölkəsində şəriksiz səhmdar olan törəmə hüquqi şəxs kimi 600 000 nəfərdən çox müştəriyə maliyyə xidmətləri təklif edir. Azərbaycanda aparıcı mikro-maliyyə təşkilatı olan FINCA Azerbaijan bütün ölkədə 82 000 nəfərdən artıq müştəriyə xidmət göstərir. MBA, MBHM və MİS işçisi Texniki Layihə Menecerinə kömək edəcək və MİS-in tətbiqi prosesində iştirak edəcək. Bu vəzifələr Bakıda yerləşir və İnformasiya Texnoloqiyaları Menecerinə hesabat verirlər.

Məlumat Bazası Administratorunun vəzifələri:

· Oracle 10g DB (Primary OLTP), Crystal Reports 10.0, Microsoft SQL DB alətlərinə nəzarət etmək və dəstək göstərmək;

· Məlumat bazasının təhlükəsizliyini təmin etmək;

· Proqramın və məlumatlar bazasının fəaliyyətinin monitorinqini və sazlanmasını aparmaq;

· Məlumat bazasına davamlı dəstək, nasazlıqların tapılması, arxivləşdirmə, qəzalı vəziyyətlərin həlli;

· Komanda üzvü kimi işləmək və lazımi təqdirdə 24x7 dəstəyi göstərmək;

· MİS ilə əlaqədar istənilən mövcud problemləri həll etmək üçün MİS təchizatçısı ilə yaxından əməkdaşlıq etmək.

Uyğun namizədlər üçün tələblər:

· Kompüter və ya əlaqədar sahədə ali təhsil;

· Uyğun iş mühitində (bank təcrübəsi arzuolunanadır) Oracle 10g DBA üzrə ən azı 3 illik təcrübə;

· Microsoft SQL Server 2000/2005 ilə təcrübə;

· Oracle sertifikatı (OCP/OCM);

· Microsoft SQL Server sertifikatı (MCDBA/MCTS/MCİTP) arzuolunandır;

· (RAC, data guard, redo shipping – məlumat mübadiləsi) üzrə təcrübə;

· PL/SQL-də sərbəst işləmə, mürəkkəb sorğuları yazmaq və optimallaşdırmaq bacarığı;

· Microsoft Window 2003 Server və İBM AİX üzrə ümumi sistem administrasiya bacarıqları;

· SQL DB hazırlanmasında və idarə olunmasında təcrübə;

· Azərbaycan və ingilis dillərində sərbəst danışıq bacarıqları.

MİS İşçisinin vəzifələri

· MİS ilə əlaqədar problemləri analiz etmək və nasazlıqları tapmaq

· MİS məlumatlarının tamlığını təmin etmək

· Problemlərin həlli üçün lazım gəldikdə proqram təminatçıları ilə əlaqə saxlamaq

· MİS- in yeni versiyalarını sınaqdan keçirmək

· Xüsusi proqramlar və məlumat bazalarının hazırlanması

· MİS- in istifadəsinə dair istifadəçiləri təlimatlandırmaq.

Uyğun namizədlər üçün tələblər:

· Kompüter və ya əlaqədar sahədə ali təhsil;

· T-SQL, SQL Server 2000/2005 versiyasında mükəmməl biliklər, görünüşlər, işə salma sxemləri (triggers), saxlanılan prosedurların (stored procedures) hazırlanmasında praktik təcrübə;

· Proqram yaradılmasında təcrübə, ən azı bir yüksək səviyyəli proqramlaşdırma dilində dərin biliklərə malik olmaq;

· Active Directory, TCP/İP-nin əsəslarını bilmək;

· Maliyyə və mühasibatlıq üzrə ümumi biliklər;

· Digər hesabat sistemlərində (Excel, Access, Crystal report) təcrübə arzuolunandır;

· Azərbaycan dilində sərbəst danışmaq, ingilis dilində yazılı və şifahi formada ünsiyyət bacarığı.

Məlumat Bazası Hesabatları üzrə Mütəxəssisin vəzifələri:

· Əməliyyat və analitik hesabatlar üzrə istifadəçi tələblərini toplamaq və onların texniki təsvirini yazmaq;

· İstifadəçilərin tələblərini təmin etmək üçün hesabatlar yaratmaq və onların dəqiqliyini yoxlamaq;

· Qərar qəbulu prosesinə dəstək üçün mükəmməl hesabat sistemini qurmaq.

Uyğun namizədlər üçün tələblər:

· Kompüter və ya əlaqədar sahədə ali təhsil;

· Crystal Reports və Reporting Services ilə hesabat hazırlamaqda ən azı bir il təcrübə;

· PL/SQL-də sərbəst işləmə, mürəkkəb sorğuları yazmaq və onları optimallaşdırmaq bacarığı;

· Maliyyə, mühasibat və bank əməliyyatlarının əsaslarını bilmək;

· Analiz xidmətləri - OLAP, Bİ üzrə təcrübə arzuolunandır;

· Oracle/ Microsoft Server DBA sertifikatı arzuolunandır;

· Azərbaycan və ingilis dillərində sərbəst danışıq bacarığı.

Rezüme və qoşma məktubunuzu 30.08.08 tarixinədək recruitment@fincaazerbaijan.com elektron ünvanına mövzu yerində vəzifəni göstərməklə göndərə bilərsiniz. Əks halda ərizələrə baxılmayacaq.

İş Elanı 001/08 A

“FINCA-Azerbaijan” qeyri-bank kredit təşkilati Gəncə, Şəmkir, Qazax, Bərdə, Şəki, Zaqatala ərazilərində işləmək üçün KREDİT İŞÇİSİ vəzifəsinə işçi axtarışı elan edir. “FİNCA-Azerbaijan” QBKT Azərbaycanda 80.000 yaxın müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır. Biz biznes sahəsində çalışan adamlarla gündəlik işləmək və ünsiyyətdə olmağa marağı olan və enerjili namizədlərin komandamıza qoşulmasını arzulayırıq. Bu vəzifədə çalışanların vaxtının 90% kiçik və orta bizneslə məşğul olan adamların fəaliyyət göstərdikləri ərazilərdə, o cümlədən ticarət obyektlərinin (bazarlar, yarmarkalar) və sıx yerləşdiyi digər ərazilərdə olacaq.

Kredit İşçisi vəzifəsi üçün tələb olunanlar:

· Ali və orta texniki təhsil (riyaziyyat, mühasibat və İT arzuolunandır);

· Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;

· Elementar riyazi hesablama aparmaq;

· İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

· Azərbaycan dilində sərbəst danışmaq;

· Kredit işi ilə tanışlıq və ya bu haqda öyrənmə arzusu.

Əgər FİNCA-da Kredit İşçisi kimi işləməyə marağınız varsa, xahiş olunur ki, öz tərcümeyi-halınızı və zəmanət məktublarınızı (əgər varsa) elektron poçt vasitəsilə recruitment@fincaazerbaijan.com və yaxud aşağıda göstərilən ünvana bizim ofisə təqdim edəsiz:

Ünvan: Bakı şəhəri, C.Cabbarlı küçəsi 44, CASPIAN PLAZA III, 5-ci mərtəbə. Fax: (99 412) 596 33 87

Xahiş edirik ərizələri göndərən zaman iddia etdiyiniz vəzifəni və elanın nömrəsini MÜTLƏQ qeyd edəsiz!


İŞ ELANI

“Finca-Azerbaijan” Qeyri Bank Kredit Təşkilatı Adminstrasiya Departamentinə kömək məqsədilə İngilis dilində sərbəst danışmağı bacaran könüllülər axtarır. Könüllü işləyən şəxslərə aylıq təqaüd və tibbi sığorta təklif olunur. Əlavə olaraq, işində qabaqcıl olan könüllülər 6 ay iş təcrübəsi qazandıqdan sonra tam iş üçün müraciət edə bilərlər. Universiteti yeni bitirən və ya tələbələr qəbul olunur.

Yuxarıda qeyd olunan təklif etdiyimiz imkanla maraqlanırsızsa, xahiş olunur öz CV-nizi e-mail vasitəsilə recruitment@fincaazerbaijan.com adresinə, İşçi Seçimi üzrə Kordinator Emil Zairova göndərin.


İş Elanı

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilati öz QUBA RAYONUNDA yerləşən FILIALI üçün Xəzinədar vəzifəsinə işçi axtarışı elan edir. Xəzinədar “FİNCA Azerbaijan”-ın müştərilərinə kreditin verilməsində birbaşa iştirak edəcək və onlardan ödənişləri qəbul edərək bank hesabına köçürəcək. “FİNCA-Azerbaijan” Azərbaycan üzrə 82.000-dən cox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır.

Xəzinədar vəzifəsi üçün tələb olunanlar:

· Böyük miqdarda nəğd pulla intensiv işləmə bacarığı;

· Kompüter bilikləri, əsasən MS Office;

· Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;

· İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

· Ali və orta texniki təhsil (riyaziyyat, mühasibat və İT arzuolunandır);

· Kredit əməliyyatlarında iş təcrübəsi müsbət hal kimi nəzərə alınır.

CV-nizi recruitment@fincaazerbaijan.com elektron ünvanına mövzu yerində vəzifəni göstərməklə göndərə bilərsiniz. Əks halda ərizələrə baxılmayacaq.

Yaxud Quba şəhəri, H.Əliyev küçəsi, 22 məhəllə (avtovağzalın yanı) ünvanına göndərin. Tel/fax: (0 169) 5-27-17.

FINCA Azerbaijan haqqında ətraflı məlumat bu www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.



İş Elanı

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilati Bakidaki filiallari üçün Xəzinədar vəzifəsinə işçi axtarışı elan edir. Xəzinədar “FİNCA Azerbaijan”-ın müştərilərinə kreditin verilməsində birbaşa iştirak edəcək və onlardan ödənişləri qəbul edərək bank hesabına köçürəcək. “FİNCA-Azerbaijan” Azərbaycan üzrə 80.000-dən cox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır.

Xəzinədar vəzifəsi üçün tələb olunanlar:

· Böyük miqdarda nəğd pulla intensiv işləmə bacarığı;

· Kompüter bilikləri, əsasən MS Office;

· Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;

· İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

· Ali və orta texniki təhsil (riyaziyyat, mühasibat və İT arzuolunandır);

· Azərbaycan dilində sərbəst danışıq;

· Kredit əməliyyatlarında iş təcrübəsi müsbət hal kimi nəzərə alınır.

CV-nizi recruitment@fincaazerbaijan.com elektron ünvanına mövzu yerində vəzifəni göstərməklə göndərə bilərsiniz. Əks halda ərizələrə baxılmayacaq.

Yaxud Bakı şəhəri, C.Cabbarlı küçəsi, Caspian Plaza - 3-cü bina, 5–ci mərtəbə ünvanına göndərin.

FINCA Azerbaijan haqqında ətraflı məlumat bu www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.


İş Elanı

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilati öz QAZAX RAYONUNDA yerləşən FILIALI üçün Xəzinədar vəzifəsinə işçi axtarışı elan edir. Xəzinədar “FİNCA Azerbaijan”-ın müştərilərinə kreditin verilməsində birbaşa iştirak edəcək və onlardan ödənişləri qəbul edərək bank hesabına köçürəcək. “FİNCA-Azerbaijan” Azərbaycan üzrə 82.000-dən cox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır.

Xəzinədar vəzifəsi üçün tələb olunanlar:

· Böyük miqdarda nəğd pulla intensiv işləmə bacarığı;

· Kompüter bilikləri, əsasən MS Office;

· Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;

· İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

· Ali və orta texniki təhsil (riyaziyyat, mühasibat və İT arzuolunandır);

· Kredit əməliyyatlarında iş təcrübəsi müsbət hal kimi nəzərə alınır.

CV-nizi recruitment@fincaazerbaijan.com elektron ünvanına mövzu yerində vəzifəni göstərməklə göndərə bilərsiniz. Əks halda ərizələrə baxılmayacaq.

Yaxud Qazax şəhəri, Azadlıq küçəsi ev 92, giriş 7 (şəhər poçtu ilə üzbəüz) ünvanına göndərin. Tel/fax: (0 279) 5-22-48.

FINCA Azerbaijan haqqında ətraflı məlumat bu www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

İş Elanı

“FINCA-Azerbaijan” Qeyri-Bank Kredit Təşkilati öz ŞƏKI RAYONUNDA yerləşən Filiali üçün KREDİT İŞÇİSİ vəzifəsinə işçi axtarışı elan edir. Həmin işçi QAX, OĞUZ və ŞƏKI ərazisində çalışacaq. “FİNCA-Azerbaijan” Azərbaycanda 82.000-dən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır. Biz biznes sahəsində çalışan adamlarla gündəlik işləmək, ünsiyyətdə olmağa marağı olan və enerjili namizədlərin komandamıza qoşulmasını arzulayırıq. Bu vəzifədə çalışanın vaxtının 90% kiçik və orta bizneslə məşğul olan adamların fəaliyyət göstərdikləri ərazilərdə, o cümlədən ticarət obyektlərinin (bazarlar, yarmarkalar) və sıx yerləşdiyi digər ərazilərdə olacaq.

Kredit İşçisi vəzifəsi üçün tələb olunanlar:

· Ali və orta texniki təhsil (riyaziyyat, mühasibat və İT arzuolunandır);

· Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;

· Elementar riyazi hesablama aparmaq;

· İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

· Azərbaycan dilində sərbəst danışmaq;

· Kredit işi ilə tanışlıq və ya bu haqda öyrənmə arzusu.

Əgər FİNCA-da Kredit İşçisi kimi işləməyə marağınız varsa, xahiş olunur ki, öz tərcümeyi-halınızı və zəmanət məktublarınızı (əgər varsa) elektron poçt vasitəsilə recruitment@fincaazerbaijan.com mövzu yerində vəzifəni göstərməklə göndərə bilərsiniz. Əks halda ərizələrə baxılmayacaq. Və yaxud aşağıda göstərilən ünvana bizim ofisə təqdim edəsiz:

Bakı şəhəri, C.Cabbarlı küçəsi 44, CASPIAN PLAZA III, 5-ci mərtəbə. Fax: (99 412) 596 33 87

FINCA Azerbaijan haqqında ətraflı məlumat bu www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

 

 

 

 


Copyright 2008 © fincaazerbaijan.com. All rights reserved.
developed by FWD