|
1. Oflayn Ərizə
Vakansiya haqqında elanda göstərilmiş email ünvana yaxud da +(994 12) 5963387 nömrəsinə faksla sadəcə ərizə məktubu və CV göndərməklə müəyyən bir vəzifədə çalışmaq üçün müraciət etmək olar. Xahiş edirik ki, emailin mövzusunda yaxud da faksın ilk səhifəsində müraciət etdiyiniz vəzifəni qeyd edin, məsələn, Vəzifə - Ofis Menecer. Əgər hal-hazırda sizin maraqlarınıza cavab verən vəzifə yoxdursa, siz gələcəkdə işçi seçimi zamanı nəzərdən keçirilmək üçün CV-nizi bu ünvana təqdim edə bilərsiniz: recruitment@fincaazerbaijan.com
Biz sizin CV-nizi verilənlər bazamıza daxil edəcəyik. Xahiş edirik ki, hər hansı bir ərizə üçün FİNCA ofisinə zəng etməyin. CV-zin qəbul olunması haqqında sizə avtomatik cavab göndəriləcək. Əgər sizin ixtisas səviyyəniz və bacarıqlarınız vakant vəzifəyə uyğundursa, CV-niz təhlil üçün kadrlar üzrə menecerə ötürüləcək. Kadrlar üzrə menecer sizi uyğun hesab etdiyi təqdirdə müsahibə tarixini müəyyənləşdirmək məqsədilə ya email, ya da telefon vasitəsilə sizinlə əlaqə saxlayacaq.
2. Onlayn Ərizə
Siz Ümumi Ərizə (əgər hal-hazırda sizi maraqlandıran vəzifə mövcud deyilsə, lakin siz gələcək vakansiyalarda iştirak etmək istəyirsinizsə) yaxud Xüsusi Ərizə (sizi maraqlandıran elan gördükdə və müvafiq təcrübəniz işin profilinə uyğun olarsa) ilə müraciət edə bilərsiniz. Aşağıda onlayn ərizə ilə müraciət üzrə bir sıra qaydalar verilmişdir.
1-ci mərhələ – Vəzifə seçın
Ərizənin ilk səhifəsində verilmiş siyahıdan müvafiq vəzifənin adını seçməklə müraciət etdiyiniz vəzifəni göstərdiyinizə əmin olun.
2-ci mərhələ – Ərizənizi tamamlayın, yoxlayın və göndərin
Onlayn ərizəni tamamlamaq üçün kifayət qədər vaxt ayırın. Əgər özünüz haqqında bütün məlumatlar hazır şəkildə varsa, sizdən təqribən 5-10 dəqiqə vaxt tələb olunacaq. Ehtiyacınız olan bütün informasiyanın sizdə qalmasını təmin etmək məqsədillə həm iş haqqında elanı, həm də ərizə paketini çap etmək məqsədəuyğundur.
Əgər onlayn ərizəni öz sənədlərinizin sırasına əlavə etmək istəyirsinizsə, göndərməmişdən əvvəl bir nüsxəni çap edə bilərsiniz.
3-cü mərhələ – Təsdiqnamə, Rezüme və Ərizə Məktubu
Siz ərizənizin müvəffəqiyyətlə qəbul olunması haqqında təsdiqnamə alacaqsınız.
İNDİ MÜRACİƏT EDİN :
Ümumi Ərizə üçün xahiş edirik Buraya basın
Xüsusi Ərizə üçün xahiş edirik Buraya basın
|