Login Form
Qaynarxətt
Hörmətli Müştəri,
Bir maliyyə təşkilatı kimi seçiminizi “FINCA Azerbaijan” təşkilatının üzərində saxladığınıza görə Sizə təşəkkürümüzü bildiririk. Biz Sizin biznesinizi qiymətləndiririk və Sizə gələcəkdə də xidmət göstərmək arzusundayıq.
Bizim vəzifəmiz Sizlərə yüksək maliyyə xidmətləri göstərməkdən ibarətdir. Əgər Siz bizim işçi heyətimiz, əməkdaş banklarımız tərəfindən göstərilən xidmətlərdən narazı qalsanız, ümid edirik ki, bizə bu barədə məlumat verəcəksiniz. "FINCA Azerbaijan" Təşkilatının rəhbərliyi Sizləri təşkilatın işi ilə bağlı hər hansı probleminiz olarsa birbaşa bizimlə əlaqə saxlamağa dəvət edir.
Belə ki, Siz iş günləri, iş saatlarında (09:00 – 18:00) bizim xüsusi qaynar xəttimiz vasitəsilə təşkilatımızın işi ilə bağlı problemlərinizi bizə çatdıra bilərsiniz:
(055) 455 25 25, bu xətt “FINCA Azerbaijan”nın normal iş vaxtlarında Sizə xidmət göstərəcək.
Siz öz şikayətlərinizi, həmçinin, aşağıdakı elektron poçt ünvanına göndərə bilərsiniz:
Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.
Biz sizi əmin etmək istəyirik ki, danışıqlarımız və bütün nəticə ciddi şəkildə gizli tutulacaqdır və heç vaxt qaldırdığınız məsələnin həll olunması istiqamətindən başqa hər hansı məqsəd üçün istifadə olunmayacaqdır.
Bu nömrəyə qısa zəng vurun ki, Sizin telefon nömrənizi görüb, əldə edə bilək və biz dərhal Sizə geri zəng edəcəyik. Biz təşkilatımızın işi ilə bağlı yaranan qayğılarınızı, problemlərinizi azaltmaq məqsədilə əlimizdən gələni edəcəyik.
Bir daha “FINCA Azerbaijan” Təşkilatını seçdiyiniz üçün Sizə təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Maniş Sane
“FINCA Azerbaijan”
Ölkə Direktoru


