“FINCA Azerbaijan”dan Yeni Kredit Məhsulu

Xəbərdarlıq , yeni pəncərədə açılır ! PDF faylını alÇapE-poçt

14 may 2012-ci il tarixdən etibarən “FINCA Azerbaijan”ın müştəriləri yeni Fərdi Kənd Krediti Məhsulundan faydalana biləcəklər. Yeni kredit məhsulunu “FINCA Azerbaijan”ın bir çox bölgələrdə fəaliyyət göstərən 60-dan artıq ofis şəbəkərində əldə etmək mümkün olacaqdır. Kredit 100 AZN/$ 100 - 2000 AZN/$2,500 məbləğində, 6 aydan 18 aya qədər müddətə, minimal sənədlərlə 3-5 gün ərzində verilir. Fərdi Kənd Krediti Məhsulu kənd ərazilərində məskunlaşmış ticarət, xidmət, istehsal və əsasən təsərrüfatla məşğul olan sahibkarlara uyğundur .

Qeyd edək ki, göstərdiyi xidmətlərin keyfiyyətinin və şəffaflığının artırılması üçün “FINCA Azerbaijan” cari ilin fevral ayından kredit məhsullarının faiz dərəcələrini aşağı saldı. Kredit məhsulundan asılı olaraq endirimlər illik 3%-dən 6,6%-ə qədər olmuşdur.

“FINCA Azerbaijan” 5 qitənin 21 ölkəsində fəaliyyət göstərən və ortaq təcrübənin qlobal şəbəkəsini yaradan “FINCA International Inc.”a məxsus olan və onun tərəfindən idarə edilən FINCA Mikro-maliyyə Holdinqin (FMH) törəmə şirkətidir. FMH FINCA-nın missiyasını – öz işlərini yaratmaq, aktivlərini qurmaq və həyat standartlarını yüksəldə bilmək üçün aşağı gəlirli sahibkarları maliyyə xidmətləri ilə təmin etmək – bölüşən sosial məsuliyyətli investisiya tərəfdaşlarının fondları hesabına maliyyələşərək fəaliyyət göstərir. Ölkədə lider MMİ-larından biri kimi “FINCA Azerbaijan” müştəriləri Kənd Qrup Krediti, Həmrəy Qrup Krediti, Fərdi Ekspres Krediti, Kiçik və Orta Sahibkarlıq Krediti və Fərdi Kənd Kreditləri məhsulları daxil olmaqla bir sıra maliyyə məhsulları və xidmətləri ilə təmin edən və onlara həyat vasitələrini yüksəltmə imkanı yaradan 29 filial və 35 sub-filialı vasitəsilə 120,000 nəfərdən çox aktiv müştəriyə xidmət göstərir. “FINCA Azerbaijan” fəaliyyətin və davamlılığın ən yüksək kommersiya prinsiplərinə sadiqdir.

   

“FINCA Azerbaijan” Gənc Debatçıları Dəstəkləyir

Xəbərdarlıq , yeni pəncərədə açılır ! PDF faylını alÇapE-poçt

“FINCA Azerbaijan” Kredit Təşkilatı yeniyetmələrin və gənclərin maarifləndirilməsi üzrə layihələrə daima diqqət ayırır. Bu cür layihələr çərçivəsində aprel ayının 29-da Gəncə şəhərində keçirilən “Respublika Gənclər Debat Forumu 2012”nin yekun tədbirinin təşkilatçıları arasında “FINCA Azerbaijan” da fəal iştirak etdi. Belə ki, Təşkilat debat proqramının 2012 Yaz Forumunda iştirak edən gənclərə Gəncədə keçirilən bağlanış tədbiri üçün maddi və texniki dəstək göstərmişdir.

“FINCA Azerbaijan”ın Qərb Regionu üzrə Əməliyyat Meneceri Nəzakət Aslanova tədbirdə çıxış edərək iştirakçılara təşkilatın tarixi, missiyası və bu missiya daxilində “FINCA Azerbaijan”ın 1998-ci ildən bu yana Bakıda və regionlarda kiçik və orta sahibkarlığın inkişafına verdiyi töhfədən danışıb. O, həmçinin, öz çıxışında “FINCA Azerbaijan”ın gənc sahibkarlara verdiyi dəstəyi də xüsusilə vurğulamışdır.

Tədbirin sonunda hər bir iştirakçıya “FINCA Azerbaijan” tərəfindən hədiyyələr paylanıldı.

08.05.2012

   

“FINCA Azerbaijan” Qiymətləndirilmənin Şəffaflığı Möhürü ilə Mükafatlanıb

Xəbərdarlıq , yeni pəncərədə açılır ! PDF faylını alÇapE-poçt

Fəaliyyətində şəffaflıq və peşəkarlıq prinsiplərinə riayət edən “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı mikromaliyyə sahəsində qiymət şəffaflığını təmin etdiyinə görə MicroFinance Transparency təşkilatı tərəfindən Qiymətləndirilmənin Şəffaflığı Möhürü ilə mükafatlandırılıb. MicroFinance Transparency təşkilatı Azərbaycanda Şəffaf Qiymətqoyma Təşəbbüsü (Transparent Pricing Initiative) layihəsi üzrə MMİ-lər, banklar və investorlar ilə işləyir. Təşkilat mikrokredit məhsullarının tədarükçüləri və istehlakçıları arasında şəffaf əlaqələrin qurulmasını dəstəkləyir.

Cari ilin aprel ayında MFTransparency təşkilatına bütün mikromaliyyə kredit məhsulların qiymətləri haqqında məlumatları təqdim edən “FINCA Azerbaijan” 5 qitənin 21 ölkəsində fəaliyyət göstərən və ortaq təcrübənin qlobal şəbəkəsini yaradan “FINCA International Inc.”a məxsus olan və onun tərəfindən idarə edilən FINCA Mikro-maliyyə Holdinqin (FMH) törəmə şirkətidir. FMH FINCA-nın missiyasını – öz işlərini yaratmaq, aktivlərini qurmaq və həyat standartlarını yüksəldə bilmək üçün aşağı gəlirli sahibkarları maliyyə xidmətləri ilə təmin etmək – bölüşən sosial məsuliyyətli investisiya tərəfdaşlarının fondları hesabına maliyyələşərək fəaliyyət göstərir. Ölkədə lider MMİ-larından biri kimi “FINCA Azerbaijan” müştəriləri Kənd Qrup Krediti, Həmrəy Qrup Krediti, Fərdi Ekspres Krediti, Kiçik və Orta Sahibkarlıq Krediti və Fərdi Kənd Kreditləri məhsulları daxil olmaqla bir sıra maliyyə məhsulları və xidmətləri ilə təmin edən və onlara həyat vasitələrini yüksəltmə imkanı yaradan 29 filial və 35 sub-filialı vasitəsilə 120,000 nəfərdən çox aktiv müştəriyə xidmət göstərir. “FINCA Azerbaijan” fəaliyyətin və davamlılığın ən yüksək kommersiya prinsiplərinə sadiqdir.

   

“FINCA Azerbaijan” Abşeron Regionunda Filialların Sayını Artırır

Xəbərdarlıq , yeni pəncərədə açılır ! PDF faylını alÇapE-poçt

“FINCA Azerbaijan” Qeyri Bank Kredit Təşkilatının Abşeron regionunda fəaliyyət göstərən 7 filialından biri olan Xırdalan filialının 27 aprel 2012-ci il tarixində açılış mərasimi keçirilmişdir. Tədbirdə, “FINCA Azerbaijan”ın ölkə üzrə direktoru Maniş Sane, Abşeron Rayonu İcra Hakimiyyətinin nümayəndəsi, müxtəlif bank filiallarının rəhbərləri, Xırdalan filialının bəzi müştəriləri və bir çox digər qonaqlar iştirak etmişdir. Tədbir zamanı iştirakçılara filialın ofis binası gəzdirildi, müştərilərə təqdim olunan kredit məhsulları haqqında danışıldı, həmçinin, yeni Xırdalan filialından kredit alan ilk iki müştəriyə hədiyyələr verildi. Müştərilərin dediklərinə görə “FINCA”nın Xırdalan filialı vasitəsilə ərazidə çalışan orta və kiçik sahibkarlar üçün kreditin əldə edilməsi və ödənişi daha da asan və əlverişli olmuşdur.

Xırdalan filialı 150 nəfərlik müştəri sayı ilə işləməyə başlamışdır, hazırda isə müştərilərin sayı 320 nəfərdir. Xırdalan filialının kredit portfeli 455,000 USD təşkil edir. Filialın müştəriləri 50,000 USD məbləğinə qədər kreditlərdən faydalana bilər.

“FINCA Azerbaijan” 5 qitənin 21 ölkəsində fəaliyyət göstərən və ortaq təcrübənin qlobal şəbəkəsini yaradan “FINCA International Inc.”a məxsus olan və onun tərəfindən idarə edilən FINCA Mikro-maliyyə Holdinqin (FMH) törəmə şirkətidir. FMH FINCA-nın missiyasını – öz işlərini yaratmaq, aktivlərini qurmaq və həyat standartlarını yüksəldə bilmək üçün aşağı gəlirli sahibkarları maliyyə xidmətləri ilə təmin etmək – bölüşən sosial məsuliyyətli investisiya tərəfdaşlarının fondları hesabına maliyyələşərək fəaliyyət göstərir. Ölkədə lider MMİ-larından biri kimi “FINCA Azerbaijan” müştəriləri Kənd Qrup Krediti, Həmrəy Qrup Krediti, Fərdi Ekspres Krediti, Kiçik və Orta Sahibkarlıq Krediti və Fərdi Kənd Kreditləri məhsulları daxil olmaqla bir sıra maliyyə məhsulları və xidmətləri ilə təmin edən və onlara həyat vasitələrini yüksəltmə imkanı yaradan 29 filial və 35 sub-filialı vasitəsilə 120,000 nəfərdən çox aktiv müştəriyə xidmət göstərir. “FINCA Azerbaijan” fəaliyyətin və davamlılığın ən yüksək kommersiya prinsiplərinə sadiqdir.

27.04.2012

   

“FINCA Azerbaijan”Abşeron Regionunda Kənd Kreditlərinin Verilməsinə Başladı

Xəbərdarlıq , yeni pəncərədə açılır ! PDF faylını alÇapE-poçt

2012-ci ilin aprel ayının əvvəllərində “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının Abşeron regionunda yerləşən Sumqayıt filialında ilk Kənd Kredit Qrupu yaradılıb. Quşçuluq və əkinçiliklə məşğul olan “İLK” adlı 4 nəfərdən ibarət qrupun hər bir üzvünə 1500 AZN məbləğində kredit verilib.

Abşeron bölgəsində kənd təsərrüfatı ilə məşğul olan şəxslərin müraciətlərini və tələbatlarını nəzərə alaraq həmin sahibkarlar üçün Kənd Kredit Qrupu məhsulundan faydalanmaq imkanı bu yaxınlarda yaradılıb. Kənd Kredit Qrupu məhsulu bitkiçilik, heyvandarlıq, satış üçün məhsul əkini, südçülük, digər emal sahələri və kənd məhsullarının ticarəti ilə məşğul olan şəxslər üçün faydalı ola bilər. Sadalanan sahələrdə fəaliyyət göstərən şəxslər, dörd nəfərdən ibarət olan qrup yaratmaqla birgə zaminlik əsasında girov təqdim etmədən  kredit məhsulundan istifadə edə bilərlər. Hal-hazırda Bakıətrafı ərazilərdə işləyən sahibkarlara Sumqayıt, Mərdəkan, Xırdalan filialları bu kredit məhsulunu təklif edir.

“FINCA Azerbaijan” 5 qitənin 21 ölkəsində fəaliyyət göstərən və ortaq təcrübənin qlobal şəbəkəsini yaradan “FINCA International Inc.”a məxsus olan və onun tərəfindən idarə edilən FINCA Mikro-maliyyə Holdinqin (FMH) törəmə şirkətidir. FMH FINCA-nın missiyasını – öz işlərini yaratmaq, aktivlərini qurmaq və həyat standartlarını yüksəldə bilmək üçün aşağı gəlirli sahibkarları maliyyə xidmətləri ilə təmin etmək – bölüşən sosial məsuliyyətli investisiya tərəfdaşlarının fondları hesabına maliyyələşərək fəaliyyət göstərir. Ölkədə lider MMİ-larından biri kimi “FINCA Azerbaijan” müştəriləri Kənd Qrup Krediti, Həmrəy Qrup Krediti, Fərdi Ekspres Krediti, Kiçik və Orta Sahibkarlıq Krediti və Fərdi Kənd Kreditləri məhsulları daxil olmaqla bir sıra maliyyə məhsulları və xidmətləri ilə təmin edən və onlara həyat vasitələrini yüksəltmə imkanı yaradan 29 filial və 35 sub-filialı vasitəsilə 120,000 nəfərdən çox aktiv müştəriyə xidmət göstərir. “FINCA Azerbaijan” fəaliyyətin və davamlılığın ən yüksək kommersiya prinsiplərinə sadiqdir.

11.04.2012

   

Kimsəsiz Uşaqlar və Qadınlarla Birlikdə

Xəbərdarlıq , yeni pəncərədə açılır ! PDF faylını alÇapE-poçt

"FINCA Azerbaijan” Kredit Təşkilatı Novruz Bayramı ilə əlaqədar sosial məsuliyyət layihələri çərçivəsində 29-30 mart 2012-ci il tarixlərində Bakı şəhərində yerləşən “Qadın və Müasir Dünya” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “İşıqlı ev” Günərzi Mərkəzində yoxsul qadınları və kimsəsiz azyaşlı, yeniyetmə uşaqlarları ziyarət etdi.

2 gün davam edən tədbirdə 50-dən artıq qadın və uşaq üçün bayram süfrələri açıldı və hər bir iştirakçıya hədiyyələr paylanıldı. Mərkəzdə məşğul olan uşaqlar bacarıqlarını nümayış edərək, “FINCA Azerbaijan”ın əməkdaşlarını və qonaqları  mahnı, rəqs və şerlərlə sevindirdilər.

Qeyd edək ki, bu tədbir “FINCA Azerbaijan” və “Qadın və Müasir Dünya” İctimai Birliyinin birlikdə həyata keçirdiyi ilk tədbir deyil. Bundan əvvəl cari dərs ilinin başlanması ilə əlaqədar “FINCA Azerbaijan” “İşıqlı ev” Günərzi Mərkəzində qeydiyatda olan kimsəsiz uşaqlara məktəbli formaları və məktəb ləvazimatları hədiyyə etmişdir.

“FINCA Azerbaijan” 5 qitənin 21 ölkəsində fəaliyyət göstərən və ortaq təcrübənin qlobal şəbəkəsini yaradan “FINCA International Inc.”a məxsus olan və onun tərəfindən idarə edilən FINCA Mikro-maliyyə Holdinqin (FMH) törəmə şirkətidir. FMH FINCA-nın missiyasını – öz işlərini yaratmaq, aktivlərini qurmaq və həyat standartlarını yüksəldə bilmək üçün aşağı gəlirli sahibkarları maliyyə xidmətləri ilə təmin etmək – bölüşən sosial məsuliyyətli investisiya tərəfdaşlarının fondları hesabına maliyyələşərək fəaliyyət göstərir. Ölkədə lider MMİ-larından biri kimi “FINCA Azerbaijan” müştəriləri Kənd Qrup Krediti, Həmrəy Qrup Krediti, Fərdi Ekspres Krediti, Kiçik və Orta Sahibkarlıq Krediti və Fərdi Kənd Kreditləri məhsulları daxil olmaqla bir sıra maliyyə məhsulları və xidmətləri ilə təmin edən və onlara həyat vasitələrini yüksəltmə imkanı yaradan 29 filial və 34 sub-filialı vasitəsilə 120,000 nəfərdən çox aktiv müştəriyə xidmət göstərir. “FINCA Azerbaijan” fəaliyyətin və davamlılığın ən yüksək kommersiya prinsiplərinə sadiqdir.

30.03.2012

   

“FINCA Azerbaijan” Füzuli Rayonunda Fəaliyyətini Genişləndirir

Xəbərdarlıq , yeni pəncərədə açılır ! PDF faylını alÇapE-poçt

“FINCA Azerbaijan” Kredit Təşkilatı Füzuli rayonunun sakinlərinə daha çox maliyyə xidmətləri göstərə bilmək üçün bu rayonda öz fəaliyyətini genişləndirir. Rayon əhalisinə daha əvvəllər təşkilatın Beyləqan rayonunda yerləşən ofisi tərəfindən kreditlər verilsə də, gələn aydan etibarən burada yaşayan əhaliyə elə rayon ərazisində xidmət göstəriləcək, yəni “FINCA Azerbaijan” aprel ayında Füzuli ərazisində öz ofisini açmağı planlaşdırır. Füzuli ofisi rayon sakinlərinin xidmətinə Kənd Krediti Qrupu, Həmrəy Kredit Qrupu, Ekspres Kredit və Kiçik və Orta Sahibkarlıq Krediti kimi məhsulları təqdim edəcək. İlin sonuna kimi 1000 nəfərə yaxın müştəriyə maliyyə xidmətləri göstərilməsi planlaşdırılır.

Təşkilat rayon ərazisində maliyyə xidmətləri göstərməklə yanaşı 14 mart 2012-ci il tarixində Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birlikdə Füzuli rayonu ərazisində yerləşən və məcburi köçkünlərin yaşadığı Zobcuq yaşayış kompleksində yaşıllaşdırma aksiyası da həyata keçirdi. Yaşıllaşdırma üçün ayrılan sahədə qəsəbənin sakinləri ilə birlikdə təqribən 1000 ədəd müxtəlif növ ağac əkildi. Sakinlərdən başqa aksiyada Füzuli rayonu İcra Hakimiyyətinin başçısı, “FINCA Azerbaijan”, Beynəlxalq Avrasiya Mətbuat Fondu və BOKT Avrasiya Kredit təşkilatlarının rəhbərləri və bir çox başqa qonaqlar da iştirak edirdi.

“FINCA Azerbaijan” 5 qitənin 21 ölkəsində fəaliyyət göstərən və ortaq təcrübənin qlobal şəbəkəsini yaradan “FINCA International Inc.”a məxsus olan və onun tərəfindən idarə edilən FINCA Mikro-maliyyə Holdinqin (FMH) törəmə şirkətidir. FMH FINCA-nın missiyasını – öz işlərini yaratmaq, aktivlərini qurmaq və həyat standartlarını yüksəldə bilmək üçün aşağı gəlirli sahibkarları maliyyə xidmətləri ilə təmin etmək – bölüşən sosial məsuliyyətli investisiya tərəfdaşlarının fondları hesabına maliyyələşərək fəaliyyət göstərir. Ölkədə lider MMİ-larından biri kimi “FINCA Azerbaijan” müştəriləri Kənd Qrup Krediti, Həmrəy Qrup Krediti, Fərdi Ekspres Krediti, Kiçik və Orta Sahibkarlıq Krediti və Fərdi Kənd Kreditləri məhsulları daxil olmaqla bir sıra maliyyə məhsulları və xidmətləri ilə təmin edən və onlara həyat vasitələrini yüksəltmə imkanı yaradan 29 filial və 34 sub-filialı vasitəsilə 120,000 nəfərdən çox aktiv müştəriyə xidmət göstərir. “FINCA Azerbaijan” fəaliyyətin və davamlılığın ən yüksək kommersiya prinsiplərinə sadiqdir.

   

“FINCA Azerbaijan”ın Xırdalan Filialında Kassa Fəaliyyətə Başladı

Xəbərdarlıq , yeni pəncərədə açılır ! PDF faylını alÇapE-poçt

“FINCA Azerbaijan”ın Abşeron regionunda fəaliyyət göstərən Xırdalan filialında 21 Fevral 2012-ci il tarixində kassa müştərilərin xidmətinə verildi. Filialda kassanın açılması müştərilərə xidmət, yer və vaxt baxımından daha yüksək səviyyədə xidmət göstərilməsi ilə yanaşı bizə müştərilərə birbaşa xidmət etmək üçün də böyük imkan da yaradır.

Nəzərinizə çatdırmaq istərdik ki, hal-hazırda “FINCA Azerbaijan”ın 24 filialında “FINCA International”ın yeni marka standartlarına uyğun olaraq hazırlanmış və müasir pul sayan və yoxlayan avadanlıqlarla, həmçinin, siqnalizasiya və kamera qurğuları ilə təchiz edilmiş kassalar fəaliyyət göstərir. Təşkilat müştərilərinə daha cəld və keyfiyyətli xidmət göstərmək üçün yeni açılan və ya hazırda kassa fəaliyyət göstərməyən filiallarında da kassa açılışlarını davam etdirir. Belə ki, fevral ayının sonlarında Sabirabad, aprel ayında Goranboy və Masallı, may ayında isə Tovuz filiallarında nağd kassaların açılışı planlaşdırılır.

“FINCA Azerbaijan” 5 qitənin 21 ölkəsində fəaliyyət göstərən və ortaq təcrübənin qlobal şəbəkəsini yaradan “FINCA International Inc.”a məxsus olan və onun tərəfindən idarə edilən FINCA Mikro-maliyyə Holdinqin (FMH) törəmə şirkətidir. FMH FINCA-nın missiyasını – öz işlərini yaratmaq, aktivlərini qurmaq və həyat standartlarını yüksəldə bilmək üçün aşağı gəlirli sahibkarları maliyyə xidmətləri ilə təmin etmək – bölüşən sosial məsuliyyətli investisiya tərəfdaşlarının fondları hesabına maliyyələşərək fəaliyyət göstərir. Ölkədə lider MMİ-larından biri kimi “FINCA Azerbaijan” müştəriləri Kənd Qrup Krediti, Həmrəy Qrup Krediti, Fərdi Ekspres Krediti, Kiçik və Orta Sahibkarlıq Krediti və Fərdi Kəndr Kreditləri məhsulları daxil olmaqla bir sıra maliyyə məhsulları və xidmətləri ilə təmin edən və onlara həyat vasitələrini yüksəltmə imkanı yaradan 29 filial və 34 sub-filialı vasitəsilə 119,000 nəfərdən çox aktiv müştəriyə xidmət göstərir. “FINCA Azerbaijan” fəaliyyətin və davamlılığın ən yüksək kommersiya prinsiplərinə sadiqdir.
   

“FINCA Azerbaijan” Kredit Faizlərini Endirdi

Xəbərdarlıq , yeni pəncərədə açılır ! PDF faylını alÇapE-poçt

“FINCA Azerbaijan” müştərilərin xidmətinə təqdim etdiyi bütün növ kredit məhsullarının faiz dərəcələrini aşağı saldı. Kredit məhsulundan asılı olaraq endirimlər illik 3%-dən 6,6%-ə qədər olmuşdur. Faiz dərəcələri ilə yanaşı bəzi kredit məhsullarına ödənən komissiya haqqları da azaldılmışdır. Yeni faiz dərəcələri və komissiya haqları 20 fevral 2012-ci il tarixindən etibarən qüvvədədir.

Bu dəyişikliklər “FINCA Azerbaijan”ın müştəri xidmətlərinin keyfiyyətinin və şəffaflığının artırılması və müştərilərə ən uyğun bazar qiymətlərində kredit məhsullarının çatdırılması üçün aparıdığı siyasətin tərkib hissəsidir. Bir faktı daha nəzərinizə çatdırmaq istərdik, “FINCA Azerbaijan” 2011-ci ildə də müştərilərin mənafeyi nəzərə alaraq faiz dərəcələrində 2 dəfə endirimlər etmişdi.

Müştəri xidmətlərinin keyfiyyətinin artırılması üçün işçilərin təlimləndirilməsinə daim təşəbbüs göstərilir və müştəri münasibətləri ilə bağlı prosedurlar, formalar və siyasətlər inkişaf etdirilir.

“FINCA Azerbaijan” 5 qitənin 21 ölkəsində fəaliyyət göstərən və ortaq təcrübənin qlobal şəbəkəsini yaradan “FINCA International Inc.”a məxsus olan və onun tərəfindən idarə edilən FINCA Mikro-maliyyə Holdinqin (FMH) törəmə şirkətidir. FMH FINCA-nın missiyasını – öz işlərini yaratmaq, aktivlərini qurmaq və həyat standartlarını yüksəldə bilmək üçün aşağı gəlirli sahibkarları maliyyə xidmətləri ilə təmin etmək – bölüşən sosial məsuliyyətli investisiya tərəfdaşlarının fondları hesabına maliyyələşərək fəaliyyət göstərir. Ölkədə lider MMİ-larından biri kimi “FINCA Azerbaijan” müştəriləri Kənd Qrup Krediti, Həmrəy Qrup Krediti, Fərdi Ekspres Krediti, Kiçik və Orta Sahibkarlıq Krediti və Fərdi Kənd Kreditləri məhsulları daxil olmaqla bir sıra maliyyə məhsulları və xidmətləri ilə təmin edən və onlara həyat vasitələrini yüksəltmə imkanı yaradan 29 filial və 34 sub-filialı vasitəsilə 119,000 nəfərdən çox aktiv müştəriyə xidmət göstərir. “FINCA Azerbaijan” fəaliyyətin və davamlılığın ən yüksək kommersiya prinsiplərinə sadiqdir.

   

“FINCA Azerbaijan” AMA Tərəfindən Mükafatlandırıldı

Xəbərdarlıq , yeni pəncərədə açılır ! PDF faylını alÇapE-poçt

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMA) tərəfindən tərtib edilən “Nümunəvi Müştəri Şikayətlərinin İdarə Edilməsi Mexanizminə Malik Olan Təşkilat” mükafatına 27 yanvar 2011-ci il tarixində “FINCA Azerbaijan” Kredit Təşkilatı layiq görülmüşdür.

Təşkilat müştərilərin şikayətlərini toplamaq üçün bir neçə vasitədən istifadə edir. Onlardan biri də qaynar xəttdir. (+994 55) 455 25 25 nömrəli qaynar xətt nömrəsi iş günlərində saat 9:00-dan 18:00-a kimi müştərilərə xidmət göstərir, Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. elektron ünvanı isə daim müştərilərin xidmətindədir.

Şikayətlərin çatdırılması üçün digər istifadə edilən vasitə isə bütün filiallarda müştərilərin rahatlıqla görə biləcəyi yerlərdə qoyulmuş “Şikayət və Təkliflər Qutusu”dur. Müştərilər, eləcə də işçilər hər hansı şikayət və ya təkliflərini yazaraq bu qutulara ata bilərlər.

Bütün filiallarda qoyulmuş “Şikayət və Təkliflər Kitabı” isə digər bir vasitədir. “Şikayət və Təkliflər Qutusu” kimi bu kitablar da müştərilərin rahatlıqla görə biləcəyi yerlərdə qoyulmuşdur. Bu kitabda yazılan şikayət və təkliflər baxılması üçün mütəmadi olaraq Baş Ofisə göndərilir.

Bunlardan əlavə müştərilər öz şikayətlərini məktub şəklində göndərə və ya birbaşa ofislərə gələrək də bildirə bilirlər.

Müştərilərlə müqavilə imzalanarkən onlar bütün şikayət proseduru haqqında məlumatlandırılır və müqaviləyə təşkilatın şikayət mexanizması haqqında məlumatların yazıldığı xüsusi forma əlavə edilir.

FINCA Smart Kampaniyasına qoşulan kredit təşkilatlarından biridir. Təşkilat kampaniyanın digər prinsipləri kimi şikayətlərə baxılması ilə əlaqədar olan prinsipini də ən yaxşı şəkildə idarə etməyə daim səy göstərir.

   

Səhifə 1 > 3-dəan

«BaşlamaqƏvvəlki123NövbətiAxırıncı»
web development by Pdesigner