Login Form
Sumqayıt Filialının Yeni Ofis Binasının Açılışı Keçirildi
21 oktyabr 2011-ci il tarixində Sumqayıt filialının yeni ofis binasının açılışı keçirildi. Tədbirdə FINCA əməkdaşları ilə yanaşı müxtəlif qonaqlar və bu filialın bir neçə daimi müştərisi iştirak edirdi.
Yeni ofisin dizaynı “FINCA International”ın tələb etdiyi standartlara tam uyğunlaşdırılmışdır. Burada müştərilərə daha yaxşı xidmət göstərmək və işçilərin rahatlığı üçün hər cür şərait yaradılıb. Yeni ofisin ərazi baxımından genişliyi xüsusilə diqqəti cəlb edir.
Xatırladaq ki, Sumqayıt filialı 2002-ci ildən fəaliyyət göstərir. Filialın hazırda aktiv müştərilərinin sayı 5100 nəfərdən, kredit portfeli isə 6,000,000 USD-dən çoxdur.


