Beyləqan Market Ofisi 3000-ci Müştəriyə Kredit Verdi

PDF faylını alÇapE-poçt

“FINCA Azerbaijan” Kredit Təşkilatının Ağcabədi Filialının nəzdində fəaliyyət göstərən Beyləqan Market Ofisi artıq 3000 nəfərdən çox müştəriyə xidmət göstərir. Belə ki, Beyləqan Market Ofisi keçən ilin dekabr ayının 29-da 3000-ci müştəriyə kredit vermişdir. Ofisin idarə etdiyi kredit portfeli isə 2,7 milion USD-dən çoxdur. Xatırlatmaq istərdik ki, Beyləqan Market Ofisi 2003-cü ilin fevral ayından etibarən rayon əhalisinə xidmət göstərir. Hal-hazırda ofisdə 6 nəfər kredit işçisi çalışır.

Bu uğurlarına görə bütün Ağcabədi Filialının heyətini, xüsusilə də Beyləqan Market Ofisinin kredit işçilərini təbrik edirik.

Xatırladaq ki, “FINCA Azerbaijan” 1998-ci ildən Azərbaycanda fəaliyyət göstərir və 27 filial və 35 market ofisi ilə 120,000 nəfərə yaxın müştəriyə xidmət göstərən və 117 milion USD-dən çox kredit portfelinə sahib ölkənin ən böyük kredit təşkilatıdır.

web development by Pdesigner