“FINCA Azerbaijan” Kassa Xidmətini Genişləndirir

PDF faylını alÇapE-poçt

“FINCA Azerbaijan” öz filiallarında müştərilərinə daha cəld və keyfiyyətli xidmət göstərmək üçün kassa açılışlarını davam etdirir. Son 6 ayda Şabran, Sumqayıt, Cəlilabad, Qazax, Zaqatala və Bərdə filiallarında yeni kassalar istifadəyə verilmişdir. Kassalar Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə və “FINCA International”ın yeni marka standartlarına uyğun olaraq hazırlanmış və müasir pul sayan və yoxlayan avadanlıqlarla, həmçinin, siqnalizasiya, kamera qurğuları ilə təchiz edilmişdir.

Kassa fəaliyyətə başlayan hər bir ofisdə xidmət göstərilən müştərilərin sayına uyğun olaraq Xəzinədarlar işə götürülmüş və təlimləndirilmişdir.

Filiallarda kassaların açılması onların işlərinə və müştərilərə daha yüksək səviyyədə xidmət göstərilməsinə bir çox rahatlıq və üstünlüklər gətirir. Belə ki, müştərilər əməkdaş bankların göstərdiyi xidmətlərdən azad olunur və onlara FINCA ofislərində daha sürətli və yüksək xidmət göstərilir. Həmçinin, bank xərcləri minimuma endirilir, kredit vermənin operativliyi artırılır, gün ərzində hazırlanmış kreditlərin elə həmin gün müştəriyə verilməsi mümkün olur.

web development by Pdesigner