Press Release 28.06.08

BAKI, 28 iyun 2008-ci il – FINCA Azerbaijan təşkilatı fəaliyyətinin 10-cu ildönümü münasibətilə “10 İL BİRLİKDƏ” kampaniyası çərçivəsində mətbuat konfransı keçirdi.

FINCA Azerbaijan təşkilatının ölkə direktoru Cef Flauers bildirdi ki, 10 il bundan əvvəl 22 iyun 1998-ci ildə FINCA Azerbaijan təşkilatı ilk kreditini vermişdir və bu tarixi Azərbaycanda başladığı fəaliyyətinin ilk mərhələsi kimi qeyd edir. O vaxtdan etibarən FINCA Azerbaijan təşkilatı inkişaf edərək, ölkənin 55 rayonunda 24 filialı və 30 şöbəsi ilə xidmət göstərən aparıcı qeyri-bank kredit təşkilatına çevrilmişdir. FINCA Azerbaijan təşkilatı Azərbaycan Respublikasının Milli Bankı tərəfindən verilmiş məhdud lisenziya ilə fəaliyyət göstərən qeyri-bank kredit təşkilatıdır və dünyanın 21 ölkəsində fəaliyyət göstərən mikro-maliyyə təşkilatlarının qlobal şəbəkəsi olan FINCA International təşkilatının ayrılmaz bir hissəsidir. FINCA Azerbaijan təşkilatı aldığı beynəlxalq dəstək vasitəsilə özünü yaxşı tanıtmış şəffaf maliyyə qurumudur və təqribən 700 nəfər işçi heyəti ilə ölkənin aparıcı işəgötürən şirkətlərindən biridir.

 

Mətbuat konfransında həmçinin aşağıdakı fikirlər də səsləndi:

 

-          10 illik fəaliyyəti dövründə FINCA Azerbaijan təşkilatı öz biznesini genişləndirmək, avadanlıq və digər mühüm vəsaitlər almaq, fəaliyyət sahəsini yeniləmək və əlavə əmtəə almaq məqsədilə əlavə maliyyə vəsaitinə ehtiyacı olan iş adamlarına və sahibkarlara kreditlər təklif etməkdədir.

-          Kreditlərimiz həm qrup, həm də fərdi şəkildə verilir.

-          Prosedurlar sadədir, minimum sənədləşmə işləri və sadə biznes plan tələb olunur.

-          FINCA Azerbaijan təşkilatı bütün Azərbaycan boyunca münasib ərazilərdə yerləşən 55 ofisi ilə xidmət göstərir və kreditləri vaxtında və müştərilərin vaxtına maksimum qənaət etməklə vermək üçün təqribən 700 nəfərlik işçi heyəti qızğın əmək sərf edir.

-          Hal-hazırda FINCA Azerbaijan təşkilatı bütün Azərbaycan ərazisində 81,000 nəfərdən artıq müştəriyə xidmət göstərir və bu ilin sonunda müştəri sayını 100,000 nəfərə çatdırmağı planlaşdırır.

 

Rupert Skofild, “FİNCA İnternational” –ın Baş İcraedici Direktoru aşağıdakıları qeyd etdi:

 

“Biz FİNCA Azerbaijan-la nəinki ən yaxşı təcrübəli təşkilat olduğu üçün, eləcə də FİNCA Avrasiya proqramları (7 ərazi proqramı) arasında ən böyük proqram olduğu üçün də fəxr edirik. Özünün nümunəvi iş fəaliyyəti göstəricilərinə görə, FİNCA Azerbaijan Beynəlxalq İnvestorlar, Donorlar və  Şirkətlərin dəstəyini əldə etmişdir.”

 

Dərc olunmuş məlumatlara və Mikro-maliyyə İnformasiya Mübadiləsi Korporasiyasının tərtib etdiyi cədvələ əsasən, FINCA Azerbaijan təşkilatı dünyanın ilk 100 mikro-maliyyə təşkilatları sırasında ön yerlərdədir. FINCA Azerbaijan təşkilatının missiyası  Azərbaycanda az təminatlı iş adamlarına yeni iş yerləri yaratmaq, biznes əmtəəsi formalaşdırmaq və maddi rifahlarını yaxşılaşdırmaq məqsədilə maliyyə xidmətləri təklif etməkdir.

Cahid Məcidov
FİNCA Azerbaijan


Copyright 2008 © fincaazerbaijan.com. All rights reserved.
developed by FWD