|
BAKI, 08 May 2008 – Bu gün FİNCA Azərbaycan təşkilatı “10 İL BİRLİKDƏ” yubiley kampaniyası çərçivəsində yeni veb saytının www.fincaazerbaijan.com açılışı və aktiv müştərilərinin sayının 80 min nəfəri keçməsi münasibətilə mətbuat konfransı keçirdi.
FINCA Azerbaijan təşkilatının Ölkə Direktoru Ceff Flauers bildirdi ki, ötən həftə FİNCA Azerbaijan təşkilatı 55 milyon $ kredit portfeli ilə aktiv müştərilərinin sayını 80 min nəfərə çatdırdı. FİNCA Azerbaijan kredit portfelinə görə, FİNCA İnternational təşkilatları arasında liderdir. Mikro-maliyyə İnformasiya Mübadiləsi Korporasiyasının tərtib etdiyi ümumdünya təşkilatları üzrə cədvəlində FİNCA Azerbaijan ilk 100 mikro-maliyyə təşkilatları sırasındadır.
Mətbuat konfransında həmçinin aşağıdakı fikirlər səsləndi: “FİNCA Azerbaijan 1998-ci ildə yaranmışdır. O vaxtdan etibarən, FİNCA Azerbaijan böyüyərək və bütün ölkəni əhatə edərək, Azərbaycanın 55 bölgəsində 23 filial və 30 ofisi ilə 80 mindən çox müştəriyə xidmət etməklə, Azərbaycanda ən qabaqcıl qeyri-bank kredit təşkilatına çevrilmişdir. FİNCA Azerbaijan təşkilatı Azərbaycan Respublikası Milli Bankının məhdud lisenziyası əsasında fəliyyət göstərən və Azərbaycanda müştəriləri mikro-kreditlərlə təmin edən qeyri-bank kredit təşkilatıdır. FİNCA Azerbaijan dünyanın 22 ölkəsində fəaliyyət göstərən FİNCA İnternational – mikromaliyyə təşkilatları şəbəkəsinin ayrılmaz bir hissəsidir. FINCA Azerbaijan beynəlxalq dəstəyə malik şəffaf maliyyə institudur. Həmçinin FİNCA Azerbaijan hal-hazırda 653 nəfərlik kollektivi ilə ölkənin qabaqcıl işəgötürən şirkətlərindən biridir.”
FİNCA Azerbaijan-nın missiyası az təminatlı iş adamlarına yeni iş yerləri yaratmaq, biznes əmtəəsi formalaşdırmaq və maddi rifahlarını yaxşılaşdırmaq məqsədilə maliyyə xidmətləri təklif etməkdir.
FİNCA Azerbaijan təşkilatı 28.06.08-ci il tarixdə “10 İL BİRLİKDƏ” adı altında 10 illik yubileyini təntənəli şəkildə qeyd edəcəkdir. Bu səbəbdən təşkilat tərəfindən silsilə tədbirlərin keçirilməsi planlaşdırılır.
Cahid Məcidov
FİNCA Azerbaijan
|