|
QRUP KREDİTLƏRİ
Qrup krediti əldə etmək üçün sadə mərhələlərdən keçmək lazımdır:
1-ci mərhələ - Qrupun Yaradılması və Ərizə: Siz qrup krediti almaq üçün minimum 3 ticarətçi ilə əməkdaşlıq edərək qrup yaratmalısınız. Həmrəylik müqaviləsi imzalayan qrup üzvləri qrup kreditinə təminat verməyə razılıq verirlər, yəni qrupun hər bir üzvü digər üzvlərin kreditin ödənişi qaydalarına riayət etmədiyi təqdirdə həmin üzvlərin kredit ödənişini aparmağa vəd verir. Qrup üzvləri ərizəni qeydiyyatdan keçirmək üçün FİNCA Azerbaijan təşkilatının kredit işçisi ilə görüşəcəklər (təqribən 30 dəq.). Hər bir qrup üzvü görüş zamanı dövlət tərəfindən verilmiş şəxsiyyət vəsiqələrini kredit işçisinə təqdim etməlidir.
2-ci mərhələ - Əraziyə Baxış və Analiz: FİNCA Azerbaijan-ın kredit işçisi qrup üzvlərinin krediti ödəmək imkanlarını müəyyənləşdirmək üçün onların biznes ərazislərinə və yaşayış ünvanlarına səfərlər edirlər. Kredit işçisi səfər zamanı kredit müqaviləsi üçün tələb olunan bütün zəruri sənədləri də hazırlayır. Bu səfərlər zamanı adətən hər bir qrup üzvü təqribən 90 dəqiqə vaxt sərf edir.
3-cü mərhələ - Kreditin Təsdiqi: FİNCA Azerbaijan kredit ərizəsi sənədlərini daxili şəkildə qiymətləndirəcək. Bu proses adətən ərizə daxil olduqdan sonra iki iş günü ərzində tamamlanır. Proses tamamlanan kimi qrup üzvləri məlumatlandırılır və kreditin verilməsi üçün müvafiq zaman və məkan seçilir.
4-cü mərhələ - Kreditin Verilməsi: Qrup üzvləri təyin olunmuş vaxtda razılaşdırılmış məkana gəlirlər. Hər bir qrup üzvü mütləq dövlət tərəfindən verilmiş şəxsiyyət vəsiqəsini gətirməlidir. Qrupun bütün üzvlərinə kreditin verilməsi üçün adətən bir saatdan az vaxt sərf olunur.

FƏRDİ KREDİTLƏR
Fərdi Kreditləri sənədləşdirmək üçün 5 mərhələdən keçmək lazımdır:
1-ci mərhələ – Kredit Ərizəsi: Siz FİNCA Azerbaijan-ın kredit işçisi ilə birlikdə işləyərək biznes sahəsi haqqında məlumat, bəzi şəxsi detallar və kredit tələbnaməsindən ibarət sadə, iki səhifəlik ərizə forması hazırlayacaqsınız. Bu görüş zamanı siz dövlət tərəfindən verilmiş şəxsiyyət vəsiqəsini təqdim etməlisiniz. Görüşün sonunda kredit işçisinin sizin biznes sahənizə və evinizə baxış keçirməsi üçün münasib vaxt müəyyənləşdirəcəksiniz. Bu proses üçün bir saatdan az vaxt sərf olunur.
2-ci mərhələ - Əraziyə Baxış: Razılaşdırılış vaxtda FİNCA Azeraijan-ın kredit işçisi krediti təsdiq etmək üçün tələb olunan zəruri məlumatları toplamaq məqsədilə sizin biznes sahənizə və evinizə gələcək. Bu proses adətən 2-3 saat çəkir.
3-cü mərhələ - Kreditin Təsdiqi: FİNCA Azerbaijan Kredit Komitəsi kredit sənədlərini qiymətləndirəcək. Siz bu prosesə vaxt sərf etmirsiniz. Bu proses adətən ərizə daxil olduqdan sonra üç iş günü ərzində tamamlanır. Ekspres kreditlər adətən 24 saat ərzində təsdiqlənir. Proses tamamlandıqdan sonra siz məlumatlandırılırsınız və kreditin verilməsi üçün müvafiq zaman və məkan seçilir.
4-cü mərhələ - Kreditin Verilməsi: Siz kredit almaq üçün təyin olunmuş vaxtda razılaşdırılmış məkana gedirsiniz. Siz mütləq dövlət tərəfindən verilmiş şəxsiyyət vəsiqəsini təqdim etməlisiniz. Kreditin verilməsi üçün tələb olunan zaman adətən 25 dəqiqədən çox olmur.

Kredit almaq üçün nə qədər vaxt tələb olunur?
Biz sizin kreditinizi mümkün qədər tez təsdiq edib verməyə çalışacağıq. Ümumiyyətlə isə kreditin əldə olunması üçün tələb olunan zaman aşağıda göstərilmişdir:
|
KREDİTİN NÖVÜ
|
TAMAMLANMA VAXTI
|
|
QRUP KREDİTİ
|
3 günə qədər
|
|
FƏRDİ EKSPRES KREDİT
|
3 günə qədər. Adətən 24 saatdan az
|
|
FƏRDİ KOS KREDİTİ 5,000$-dan 50,000$-a qədər
|
5 günə qədər
|
|