Marketinq üzrə Mütəxəssis
Hal-hazırda FINCA Azerbaijan Marketinq üzrə Mütəxəssis vəzifəsinə işçi axtarır. Marketinq üzrə Mütəxəssis davamlı olaraq bazarla bağlı məlumatların toplanması üçün sistemlər quracaq, bazar haqqında məlumatların analizi üçün səmərəli və etibarlı olan vasitələr hazırlayacaq, FINCA Azerbaijan-ın nüfuzunu artırmaq və yüksək təsirə malik reklam, marketinq və ictimaiyyətlə əlaqədar tədbirlər vasitəsilə təşkilatın fəaliyyət dairəsini genişləndirmək səylərinə başçılıq edəcək. Tələb olunan namizədin Azərbaycanda marketinq sahəsi üzrə geniş təcrübəsi olmalıdır.
Kredit işçisi (Zaqatala)
“FINCA-Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı öz ZAQATALA ŞƏHƏRİNDƏ yerləşən Filialı üçün KREDİT İŞÇİSİ vəzifəsinə işçi axtarışı elan edir. Biz biznes sahəsində çalışan adamlarla gündəlik işləmək, ünsiyyətdə olmağa marağı olan və enerjili namizədlərin komandamıza qoşulmasını arzulayırıq. Bu vəzifədə çalışanın iş vaxtının 90% kiçik və orta bizneslə məşğul olan adamların fəaliyyət göstərdikləri ərazilərdə, o cümlədən ticarət obyektlərinin (bazarlar, yarmarkalar) və sıx yerləşdiyi digər ərazilərdə olacaq.
Arxiv üzrə Köməkçi (Səbail)
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Bayıl qəsəbəsində yerləşən filialı üçün Arxiv üzrə Köməkçi vəzifəsinə işçi axtarışı elan edir.
İnformasiya Texnologiyaları İşçisi
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı özünün BAKI ofisi üçün İnformasiya Texnologiyaları Işçisi vəzifəsinə qəbul elan edir.
Xəzinədar (Gəncə)
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı GƏNCƏ ŞƏHƏRİNDƏ yerləşən FİLİALI üçün Xəzinədar vəzifəsinə işçi axtarışı elan edir. Xəzinədar “FİNCA Azerbaijan”-ın müştərilərinə kreditin verilməsində birbaşa iştirak edəcək və onlardan ödənişləri qəbul edərək bank hesabına köçürəcək.
Kredit işçisi
“FINCA-Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı BAKI ŞƏHƏRİNDƏ yerləşən Filialı üçün KREDİT İŞÇİSİ vəzifəsinə işçi axtarışı elan edir. Biz biznes sahəsində çalışan adamlarla gündəlik işləmək, ünsiyyətdə olmağa marağı olan və enerjili namizədlərin komandamıza qoşulmasını arzulayırıq. Bu vəzifədə çalışanın iş vaxtının 90% kiçik və orta bizneslə məşğul olan adamların fəaliyyət göstərdikləri ərazilərdə, o cümlədən ticarət obyektlərinin (bazarlar, yarmarkalar) və sıx yerləşdiyi digər ərazilərdə olacaq.

Subscribe
Current Job Vacancies


Receive HTML?

Copyright 2010 © fincaazerbaijan.com. All rights reserved.
developed by FWD