Kredit işçisi
“FINCA-Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı BAKI ŞƏHƏRİNDƏ yerləşən Filialı üçün KREDİT İŞÇİSİ vəzifəsinə işçi axtarışı elan edir. Biz biznes sahəsində çalışan adamlarla gündəlik işləmək, ünsiyyətdə olmağa marağı olan və enerjili namizədlərin komandamıza qoşulmasını arzulayırıq. Bu vəzifədə çalışanın iş vaxtının 90% kiçik və orta bizneslə məşğul olan adamların fəaliyyət göstərdikləri ərazilərdə, o cümlədən ticarət obyektlərinin (bazarlar, yarmarkalar) və sıx yerləşdiyi digər ərazilərdə olacaq.


Kredit İşçisi vəzifəsi üçün tələb olunanlar:


• Ali təhsil (riyaziyyat, mühasibat və İT arzuolunandır);
• Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
• Elementar riyazi hesablama aparmaq;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• Kompüter bilikləri;
• Azərbaycan dilində sərbəst danışmaq;
• Kredit işi ilə tanışlıq və ya bu haqda öyrənmə arzusu
• Biznes, xidmət və ticarət sahəsində müəyyən təcrübə
• Bakı şəhərini və qəsəbələrini yaxşı tanıyan;


FINCA Azerbaijan öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

CV-nizi recruitment@fincaazerbaijan.com elektron ünvanına mövzu yerində vəzifəni göstərməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Bakı şəhəri, C.Cabbarlı küçəsi 44, CASPIAN PLAZA III, 8-ci mərtəbə. Fax: (99 412) 596 33 87
 
Subscribe
Current Job Vacancies


Receive HTML?

Copyright 2010 © fincaazerbaijan.com. All rights reserved.
developed by FWD